Ermənistanda ötən sutka ərzində daha 907 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə virusa yoluxanların ümumi sayı 264 690 nəfərə çatıb.
Qeyd olunur ki, son 24 saatda Ermənistanda COVİD-19-a yoluxanlardan həm də 18 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin sayı 5 372 nəfər olub.
Koronavirusa yoluxan və digər səbəblərdən həyatını itirənlərin sayı isə 1 214 nəfərdir.