Türkiyənin Burdur vilayətinin Bucak rayonunda 4,2 bal gücündə yeraltı təkan qeydə alınıb. Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 10:15-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı hələ məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
Kandilli Rəsədxanası zəlzələnin gücünü 4,3 bal olaraq hesablayıb.