İranda ötən sutka ərzində 229 nəfər koronavirusdan (COVID-19) ölüb, 12 428 nəfər yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda bu virusdan ölənlərin sayı 121 109 nəfərə, yoluxanların sayı isə 5 624 128 nəfərə çatıb.
Virus daşıyıcılarından 5 758 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 095 627 nəfər koronavirusdan sağalıb.