Rusiyada son sutka ərzində daha 25 781 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə koronavirusa yoluxanların sayı 7 612 317 nəfərə çatıb.
Son sutka ərzində koronavirusdan həm də 883 nəfərin öldüyü bildirilir. Yeri gəlmişkən, bu, pandemiya dövründə ölüm halları üzrə qeydə alınan ən yüksək göstəricidir. Beləliklə, pandemiya qurbanlarının ümumi sayı 210 801 nəfər olub.
Xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdədir.