“Taliban” Əfqanıstanda İslam Əmirliyi yaradacaq ÖLKƏNİN ADI DƏYİŞİR

“Əfqanıstanda hakimiyyətin rəsmi olaraq “Taliban” hərəkatına keçməsindən sonra, böyük ehtimalla ölkənin adı dəyişəcək”.
 
Bunu Rusiya Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının professoru, Hərbi Diplomatlar Liqasının vitse-prezidenti Vladimir Vinokurov RİA Novosti-yə açıqlamasında deyib.
 
“Qəndəharı “Taliban” ələ keçirən zaman, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Əşrəf Qani hökumətinin bundan sonra üç ay dayanacağını proqnozlaşdırdı. Onlara üç həftə vaxt verdim. Bu gün aydındır ki, Əfqanıstan tamamilə “Taliban”ın hakimiyyəti altındadır. Aydındır ki, çox yaxında bu ölkənin yeni adını, bəlkə də vahid xilafət kimi bir şey edəcəklər”, - deyə o bildirib.
 
Onun sözlərinə görə, ABŞ-ın sözdə demokratik missiyasının nəticəsi olaraq “Taliban” hakimiyyəti sürətlə ələ keçirdi.
 
“Associated Press” məlumat yayıb ki, “Taliban” hərakatının üzvləri prezident sarayından Əfqanistan İslam Əmirliyinin yaradıldığını elan edəcəklər.
 
Qeyd edək ki, Əfqanıstan İslam Əmirliyi ölkə ərazisində 1996–2001-ci illərdə mövcud olub. Ad ölkəyə “Taliban” hərəkatı tərəfindən verilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.