
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Fumio Kisida Yaponiyanın 100-cü Baş naziri olub.
Qeyd edək ki, keçmiş Baş nazir Yosihide Suqanın hakim partiyanın sədri vəzifəsinə namizədliyini irəli sürməyəcəyi hələ sentyabrın əvvəlində açıqlanmışdı.
Fumio Kisida Baş nazir seçiləndən az sonra ABŞ Prezidenti Cozef Baydenlə onun arasında telefon danışığı olub.

Baş nazir bildirib ki, Bayden Təhlükəsizlik Müqaviləsinin 5-ci maddəsinə əsasən Yaponiyanı müdafiə edəcəyinə dair öhdəliyini bir daha təsdiqləyib.
Tərəflər, həmçinin Çin, KXDR, koronavirusla mübarizə məsələləri üzrə əməkdaşlığı davam etdirməyə razılaşıblar.