Gürcüstanda son sutkada daha 2 800 nəfərdə koronavirus aşkarlanıb, 42 pasiyent vəfat edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da Gürcüstanda COVID-19-a yoluxanların sayı 621 420-yə, ölənləri sayı isə 9 110-a yüksəlib.
Ötən 24 saat ərzində 1 485, ümumilikdə isə 593 153 xəstə sağalıb.
Bu günə olan akstiv xəstə sayı 19 131 nəfər təşkil edir.