Avropada təbii qazın qiyməti 1 600 dolları ötdü -
NÖVBƏTİ REKORD

Avropa bazarında təbii qazın qiyməti kəskin artıb və 1000 kubmetrə görə 1600 dollarını ötərək növbəti tarixi maksimuma çatıb.
 
ICE birjasından gələn məlumatlara görə, ticarətin açılışından bir neçə dəqiqə sonra Niderlandda yerləşən TTF habında qazın noyabr fyuçersinin qiyməti min kubmetrə görə 1596,8 dollara yüksəlib. Sonradan isə qiymət 1607,2 dollara çataraq növbəti psixoloji həddi keçib. Bu, dünənki hesablaşma qiymətindən (1390 dollar) 15,5 faiz yüksəkdir.
 
“Şimal axını-2” qaz kəmərinin birinci xəttinin sınaqlarının başlaması barədə xəbərlərə baxmayaraq, Avropada mavi yanacaq bahalaşmağa davam edir.
 
AzərTAc xatırladır ki, son həftələr Avropa bazarında qazın qiymətində kəskin artım qeydə alınır. Əgər avqustun əvvəlində 1000 kubmetr yanacağın tədarük qiyməti 515 dollar səviyyəsində idisə, bir ay sonra bu rəqəm artıq 614 dollara yüksəlmiş, sentyabrın sonlarında isə qiymət iki dəfə bahalaşmışdı.
 
Ekspertlər hesab edirlər ki, kəskin qiymət artımı qitədə qaz anbarlarının doluluğunun aşağı səviyyədə olması, əsas təchizatçılar tərəfindən təklifin məhdudlaşması və Asiyada sıxılmış təbii qaza yüksək tələbatla bağlıdır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.