İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) daha 216 nəfər ölüb, 10 497 nəfər yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda bu virusdan ölənlərin sayı 121 779 nəfərə, yoluxanların sayı isə 5 662 458 nəfərə çatıb. Virus daşıyıcılarından 5 598 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 153 048 nəfər koronavirusdan sağalıb, 32,8 milyondan çox diaqnoz testi həyata keçirilib.