Avstriya Kanslerinin ofisində axtarışlar aparılıb –
MEDİAYA RÜŞVƏT VERİLİB?

Avstriyada Kansler Sebastian Kurtsun mediaya rüşvət verməkdə şübhəli bilinən ən yaxın məsləhətçilərinin ofislərində polis tərəfindən axtarışlar aparılıb.
 
“Report” xəbər verir ki, istintaq hərəkətləri Avstriyanın ən böyük tabloidi “Österreich” nəşri ilə Kurtsun Kansler vəzifəsinə başlamasından əvvəl bağlanmış sazişlərin şübhəli olması ilə bağlıdır.
 
“Die Presse” qəzeti bildirib ki, korrupsiya ilə əlaqəli olmaqda şübhəli bilinən Kansler barəsində də araşdırma aparılır.
 
Müstəntiqlər Kurtsun başçılıq etdiyi Avstriya Xalq Partiyasının qərargahında, Federal Kanslerin ofislərində axtarışlar aparıblar. Xüsusilə Kanslerin rəsmi nümayəndəsinin, media ilə iş üzrə səlahiyyətli müşavirinin kabinetlərindəki sənədlər araşdırılıb.
 
“Die Presse” və “Kurier” qəzetləri bildiriblər ki, Kanslerin ətrafı qəzet məqalələri və müsbət cavablarla sorğular dərc etmək üçün “Österreich”ə rüşvət verməkdə şübhəli bilinir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.