ABŞ təkcə Ermənistanda yox, Tayvanda da yerli sakinlərə və hərbçilərə təlim keçir – “GİZLİ ORDU”?

ABŞ Xüsusi Əməliyyat Qüvvələri və Dəniz Qoşunları kontingenti Tayvanda yerli hərbçilərə gizlicə təlim keçir.
 
Bu barədə “Wall Street Journal” yüksək vəzifəli ABŞ rəsmisinə istinadən xəbər verir.
 
Mənbənin bildirdiyinə görə, ABŞ-ın 20-yə yaxın zabiti Tayvanın Quru Qoşunlarının, dənizçilər, öz növbəsində, yerli Hərbi Dəniz Qüvvələrinin hərbçilərinə artıq bir ildir təlim keçirlər.
 
Ağ Ev və Pentaqon Tayvanda ABŞ hərbçilərinin olması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
 
Senzor.az xatırladır ki, bir neçə gün əvvəl ABŞ Hərbi Hava və Xüsusi Təyinatlı qüvvələrinin keçmiş əsgərlərinin Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədin bir neçə kilometrliyində yerləşən Armaş kəndində mülki sakinlərə, o cümlədən uşaqlara hərbi təlim keçdikləri barədə xəbər yayılmışdı.
 
Bu haqda “Washington Examiner” nəşri hətta Neil Hauerin həmin təlim düşərgəsindən hazırladığı reportajı da yaymışdı. Müəllif onu da qeyd etmişdi ki, ABŞ özəl ordulardan hələ 90-cı illərdən istifadə edir...





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.