Türkiyə Amerikadan yeni “F-16” qırıcıları almaq istəyir – 40 ƏDƏD

1952-ci ildən bəri yalnız ABŞ istehsalı və ya onun lisenziyası ilə istehsal edilən döyüş təyyarələrindən istifadə edən Türkiyə, ABŞ-dan yeni “F-16”lar almağı, istismarda olanları isə modernləşdirməyi planlaşdırıb.

 
“Reuters” agentliyi xəbər verir ki, Ankara 40 ədəd yeni  “F-16” Amerika qırıcı təyyarələri almaq və istismarda olan daha 80 ədəd belə təyyarənin modernləşdirilməsi barədə Vaşinqtona müraciət edib. Müraciətin Dövlət Departamenti və hökumətin Pentaqonun strukturuna daxil olan profil şöbəsi tərəfindən araşdırıldığı bildirilir. Qeyd edək ki, təyyarələrlə bağlı anlaşmanın dəyəri təxminən bir neçə milyard dollardır.
 
“Reuters” sözügedən qurumların anlaşmanı təsdiqləsə də, Konqresin ona qadağa qoya biləcəyini də yazır. Bu da təsadüfi deyil. Belə ki, həm respublikaçılar, həm də demokratlar Rusiyadan “S-400” zenit-raket kompleksləri aldığına görə, Ağ Ev administrasiyasını Ankaraya təzyiq göstərməyə çağırırlar.
 
“Konqresə rəsmi qaydada təqdim olunmayana qədər silahların və texnikanın mümkün satışı və ya verilməsi barədə məlumatları Dövlət Departamenti nə təsdiqləyir, nə də ki, şərh edir”,- ABŞ xarici siyasət idarəsindən bildiriblər.(azvision.az)





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.