“Xorasan İslam Dövləti" terror qruplaşması Əfqanıstanın Kunduz əyalətindəki məsciddə törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb.
Məlumatı “France-Presse” agentliyi yayıb.
Terror qruplaşması partlayışın kamikadze tərəfindən törədildiyini açıqlayıb. İnsanların sıx olduğu vaxtda terrorçu üzərində olan partlayıcı kəməri işə salıb.
Hadisə nəticəsində 46 nəfər ölüb, 140 nəfər yaralanıb.
"Taliban" hərəkatının sözçüsü Zabiulla Mücahidin sözlərinə görə, xüsusi təyinatlılar partlayış yerinə gedib və araşdırma aparılır.