Oktyabrın 11-i Gürcüstanda matəm elan edildi

Gürcüstanda oktyabrın 11-i matəm günü elan olunub.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.
 
Qərara əsasən, Batumi şəhərində binanın çökməsi nəticəsində həlak olan vətəndaşların xatirəsinə ehtiram olaraq həmin gün ölkə ərazisində dövlət bayraqları endiriləcək.
 
Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər ölüb, üç nəfərin axtarışları isə davam etdirilir.
 
Onu da qeyd edək ki, yaşayış binasının çökməsi ilə bağlı aparılan istintaq çərçivəsində 3 nəfər saxlanılıb. Həmin şəxslərin biri binanın birinci mərtəbəsindəki mənzilin sahibidir.
 
İstintaqla müəyyən edilib ki, həmin mənzildə təmir işləri aparılıb və təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.
 
Saxlanılan şəxsləri 2 ildən 10 ilə qədər həbs gözləyir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.