ABŞ-ın Rusiyadakı diplomatik missiyasının üç əməkdaşı Moskvadakı barlardan birində bel çantasını oğurlamaqda şübhəli bilinir.
Azvision.az xəbər verir ki, bunu Moskva Daxili İşlər Nazirliyi Baş İdarəsi mətbuat xidmətinin rəhbəri Vladimir Vasenin deyib.
Onun sözlərinə görə, barların birində psixoloq işləyən yerli sakinin 15 min rubl dəyərində şəxsi əşyaları oğurlanıb.
Polis müşahidə kamerasının görüntülərini araşdırdıqdan sonra şübhəlilərin ABŞ səfirliyində xidmət edən Dəniz Piyadaları korpusunun hərbçiləri ola biləcəyi qənaətinə gəlib.
Artıq Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a nota göndərib. Notada şübhəli şəxslərdən diplomatik toxunulmazlığının qaldırılması tələb edilib. Tələb yerinə yetirilərsə, polis həmin şəxsləri cinayət məsuliyyətinə cəlb edə biləcək.