
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Prezident Rüstəm Minnixanov Menzelinskdə yaradılan qərargahın iclasında Tatarıstanda 11 oktyabrın matəm günü elan edilməsi haqqında qərar qəbul edilb.
Qeyd edək ki, bu gün Tatarıstanda "L-410" təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.
Hadisəyə kiçikhəcmli təyyarənin həddindən artıq yüklənməsinin səbəb olduğu deyilir.