Naməlum silahlı quldurlar Nigeriyanın Sokoto əyalətindəki bazara hücum ediblər.
Bu barədə yerli “Vanguard” qəzeti məlumat yayıb.
Məlumata görə, hücum edənlərin sayı təxminən 200 nəfər olub. Onlar motosikletlərlə bazara girərək satıcıları qorxutmaq üçün atəş açıblar.
"Silahlı şəxslər Sokoto əyalətində həftəlik Mailal bazarına hücum ediblər. Onlar atəş açaraq, azı 20 nəfəri öldürüblər, habelə çoxlu sayda insan yaralanıb", - qəzet qeyd edib.
Şahidlərin sözlərinə görə, quldurlar ərzaqları aparıblar, ərazidəki evlər yandırılıb.