Braziliya Prezidenti Jair Bolsonaru San Paulo əyalətinin sahilindəki Peyrube şəhərinə səfəri zamanı qoruyucu maska taxmadığı üçün cərimələnib.
Bu barədə “Globo” telekanalı xəbər yayıb.
Qeyd edilir ki, Prezident şənbə günü şəhərdə gəzib, sakinlərlə şəkil çəkdirib. O, gəzinti zamanı COVID-19-a qarşı profilaktik tədbir olaraq ölkədə və şəhərdə taxılması məcburi olan maskadan istifadə etməyib.
"Meriya Prezidentin üzündə qoruyucu maska olmadığı üçün onun 500 dollar cərimələndiyini təsdiqləyib", - telekanal bildirib.
“Report” qeyd edir ki, Bolsonaru həmin gün həmçinin Braziliya çempionatında "Santos" və "Gremio" komandaları arasında keçirilən futbol matçına da qatıla bilməyib. O, çaşqınlığı barədə jurnalistlərə açıqlama verib.
""Santos”un oyununu izləmək istədim, amma mənə peyvənd edilməli olduğumu söylədilər. Nə üçün? Peyvənd edilənlərdən daha çox antitelim var", - dövlət başçısı deyib.