“Taliban” hökumətinin tanınmasına və qarşılıqlı səfirliklərin açılmasına dair Rusiya ilə danışıqlar aparırıq".
“Report” xəbər verir ki, bunu “Taliban” hökumətinin sözçüsü, informasiya və mədəniyyət məsələləri üzrə nazir müavini Zəbiullah Mücahid deyib.
O, “Taliban”ın bütün dövlətlərlə diplomatik münasibət qurmağa çalışdığını qeyd edib.
Xatırladaq ki, oktyabrın 9-da Qətərin paytaxtı Dohada “Taliban” təmsilçiləri ilə ABŞ Dövlət Departamentinin nümayəndələri arasında da danışıqlar olub. “Taliban” nümayəndələri ABŞ-dan da yeni müvvəqqəti hökumətin tanınmasını istəyiblər.