Ermənistanda koronavirus xəstələri üçün çarpayı çatışmır –
SON 24 SAATDA DAHA 28 NƏFƏR ÖLDÜ

Ermənistanda koronavirus xəstələrinin yerləşdirilməsi üçün xəstəxanalarda çarpayı çatışmır.
 
“Report” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə nəzarət və profilaktika üzrə yoluxucu və qeyri-yoluxucu xəstəliklər şöbəsinin müdiri Romella Abovyan bildirib.
 
“Ermənistanda koronavirusla bağlı vəziyyət çox gərgindir”, - şöbə müdiri qeyd edib.
 
Onun sözlərinə görə, Ermənistanda koronavirusa yoluxma gəncləşib: “Əvvəllər daha çox 30-50 yaş qrupu arasında yoluxmaya təsadüf edilirdisə, indi artıq uşaqlar arasında da yoluxma artıb. Yoluxan uşaqlar isə xəstəxanaya yerləşdirilməlidir. Xəstəxanalar yüklənib, çarpayılar tükənib. Çox ağır xəstələr var, vəziyyət acınacaqlıdır”.
 
Qeyd edək ki, oktyabrın 13-nə olan məlumata əsasən, Ermənistanda son sutkada 1 271 nəfər koronavirusa yoluxub, 28 nəfər isə bu virusdan ölüb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.