Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Taliban”ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottaki ilə görüşün detallarını açıqlayıb.
Senzor.az-ın məlumatına görə, Çavuşoğlu jurnalistlərə açıqlamasında “Taliban” nümayəndə heyəti ilə terrorla mübarizə məsələsini müzakirə etdiklərini qeyd edib: "İlk olaraq “Taliban” nümayəndə heyəti bizi Əfqanıstandakı vəziyyət barədə məlumatlandırdı. Hər şeydən əvvəl ölkənin birliyi üçün Əfqanıstandakı bütün etnik və dini qrupların nümayəndələrinin hökumətə daxil edilməsi önəmlidir. Qadınların iş həyatında çalışa bilmələri ilə də bağlı öz tövsiyələrimizi verdik. Əfqanıstandan miqrasiya axının olmamasını da danışdıq".
XİN rəhbəri qeyd edib ki, görüşdə Türkiyənin Məzari-Şərif və Herat Baş Konsulluqlarının fəaliyyətinin bərpası məsələsi də müzakirə edilib.
**11:55
"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə yola düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə həyata keçirilir.
Bu, "Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlməsi və yeni hökumət qurulmasından sonra ilk belə səfərdir. Görüşlərdə ikitərəfli münasibətlər, humanitar yardım, ticari-iqtisadi məsələlər müzakirə olunacaq.