Gürcüstanda 1,5 mindən çox məhkumun cəza çəkdiyi 17 saylı həbsxanada yanğın başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həbsxana Rustavi şəhərində (Tbilisidən 30 km aralı) yerləşir.
Yayılan məlumatlara görə, yanğın yemək otağından başlayıb. Hazırda yanğınsöndürənlər ərazidədir, lakin havanın küləkli olması prosesi çətinləşdirir.
Bu cəzaçəkmə müəssisəsi keçmiş prezident Mixail Saakaşvilinin saxlandığı 12 saylı həbsxananın yanında yerləşir.17 saylı həbsxana Gürcüstanın ən böyük həbsxanalarından biridir. Son məlumatlara görə, orada cəza çəkən 1,5 mindən çox məhbusun 756 nəfəri xüsusilə ağır cinayətlər törədənlərdir.
Yanğının səbəbləri hələlik məlum deyil.