
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Almaniya Kansleri Angela Merkellə görüşüb.
Senzor.az bildirir ki, görüş Türkiyə Prezident Adminstrasiyasının İstanbuldakı Huber köşkündə baş tutub və 1 saat çəkib.
Nahar fasiləsindən sonra liderlər mətbuat konfransı keçiriblər.

“16 il qısa bir müddət deyil. Hörmətli Merkel bu müddətdə Almaniyada çox uğurlu işlərə imza atdı” deyən Türkiyə Prezidenti sentyabrın 26-da Almaniyada keçirilən seçkilərdən sonrakı yeni hökumətə, eləcə də Kansler vəzifəsində Türkiyəyə vida səfəri edən A.Merkelə uğurlar arzulayıb.
Angela Merkel isə deyib ki, Türkiyə NATO-nun üzvü olaraq onlar üçün vacib tərəfdaşdır.
“Türkiyənin iki qitə arasında necə körpü rolu oynadığını görürük. Geostrateji baxımdan bir-birimizə bağlıyıq. Rəcəb Tayyib Ərdoğanla görüşdə ayrı-ayrı mövzularda müzakirələr apardıq. Ortaq mənfəətlərimiz var. Almaniyada fəaliyyətə başlayacaq gələcək hökumət də bunu belə qəbul edəcək. Bir-birimizə inamımız var”, - Kansler vurğulayıb.