Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
1989-cu il təvəllüdlü şəxs ağır cinayətin gizlədilməsində ittiham olunur. Bu cinayətə görə 4 illik həbs cəzası nəzərdə tutulub.
Qeyd edək ki, sabiq dövlət başçısı Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onun Gürcüstana qanunsuz yollarla daxil olması ilə bağlı indiyədək 3 nəfər saxlanılıb.