
Bu barədə "Sputnik Armeniya" məlumat ayıb.
Bildirilir ki, Lixaçev və rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana noyabrın əvvəlində gələcək. Səfər zamanı "Metsamor" AES-in əsaslı təmirinin gedişi, 2026 -cı ildən sonra onun xidmət müddətinin uzadılması imkanları, həmçinin yeni stansiyanın tikintisi perspektivləri müzakirə olunacaq.
Azvision.az xatırladır ki, "Rosatom" gələn ilə başa çatdırılması planlaşdırılan "Metsamor" AES-in əsaslı təmirini reallaşdıran əsas qurumlardan birirdir. "Rosatom"un törəmə şirkəti "Rusatom Service" təmir işlərinin mühüm hissəsinin baş podratçısı idi və hazırda stansiya rəhbərliyinə məsləhətlər verir. "Rosatom"un müəssisələri isə stansiyaya avadanlıq tədarük etməyə davam edir.