
Bunu Afrika turnesi çərçivəsində Nigeriyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Müdafiə sənayesi və təhlükəsizlik sahələrindəki imkanlarımızı Nigeriya ilə bölüşməyə hazırıq. Türkiyə uzun illər PKK, FETÖ, İŞİD kimi terror təşkilatları ilə mübarizə aparıb.
FETÖ-nün Nigeriyadakı qanunsuz fəaliyyətləri ilə bağlı Nigeriya hakimiyyəti ilə lazımi məlumatları paylaşmağa davam edirik”, - deyə Ərdoğan vurğulayıb.
Axar.az xatırladır ki, bu gün Türkiyə ilə Nigeriya arasında enerji, müdafiə sənayesi, mədənçilik və karbohidrogen istismarı sahələrində müqavilələr imzalanıb.