
Rusiyada son sutka ərzində daha 36 339 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 8 131 164 nəfərə çatıb.
Ötən gün Rusiyada koronavirusdan həm də 1 036 nəfər ölüb və bu infeksiyadan ölənlərin sayı 227 389 nəfər olub.
İndiyədək 7 091 607 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdədir.