ÜST koronavirusdan ölən tibb işçilərinin sayını açıqladı –
AZI 80 MİN NƏFƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini tibb işçilərinin COVID-19-dan qorunmasını təkmilləşdirməyə çağırıb.
 
"Report" xəbər verir ki, ÜST-nin yaydığı məlumatda belə deyilir.
 
ÜST-nin hesablamalarına görə, 2020-ci ilin yanvarından 2021-ci ilin mayına qədər koronavirus infeksiyası azı 80 min tibb işçisinin ölümünə səbəb olub.
 
ÜST və tərəfdaşları tibb işçilərinin infeksiyadan qorunmasını təmin etmək üçün ölkələrdən təcili və konkret addımlar atılmasını gözləyirlər.
 
Təşkilatın 119 ölkə üzrə əldə etdiyi məlumatlar göstərir ki, 2021-ci ilin sentyabr ayı üçün dünyada orta hesabla tibb işçilərinin yalnız təxminən 40%-i koronavirusa qarşı tam peyvənd edilib.
 
Məlumatda tibb işçiləri arasında aşağı və yüksək gəlirli ölkələrdə peyvəndləmədə bərabərliyin olmaması ilə əlaqədar dərin narahatlıq ifadə edilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.