“Taliban” hərəkatının nümayəndələri Əfqanıstanın qadın voleybol komandasının üzvü Mahasabid Hakimi edam edib.
Bu barədə “Inside the Games” nəşri xəbər yayıb.
Bildirilir ki, qızın öldürülməsi oktyabrın əvvəlində məlum olsa da, hadisə gizli saxlanılıb. Hakiminin ailəsi də təhdid olunduğu üçün susmaq məcburiyyətində qalıb.
Beynəlxalq Voleybol Federasiyası (FIVB) vəziyyətlə bağlı təcili yoxlamalara başlanıldığını bildirib.