Özbəkistanda növbəti prezident seçkiləri -
5 İDDİAÇI VAR
Bu gün Özbəkistanda növbəti prezident seçkiləri keçirilir.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.
 
Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.
 
Özbəkistan qanunlarına görə, prezident seçkilərində yalnız siyasi partiyaların liderləri və nümayəndələri iştirak edə bilərlər.
 
Seçkilərə Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti də müşahidəçi kimi qatılıb. Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidəçi kimi izləyir.
 
Azərbaycandan gələn müşahidəçilər gün ərzində bir sıra seçki məntəqəsində olacaq, seçkilərin gedişini izləyəcəklər.
 
Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.
 
Özbəkistanda prezident 5 il müddətinə seçilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.