İranda ötən sutka ərzində daha 171 nəfər koronavirusdan (COVID-19) ölüb, 9 174 yeni yoluxma halı qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki,
bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bununla da İranda bu virusdan ölənlərin sayı 125 223 nəfərə, yoluxanların sayı isə 5 860 844 nəfərə çatıb. Virus daşıyıcılarından 4 294 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 416 691 nəfər koronavirusdan sağalıb.