
İsrail təyyarəsi bazar ertəsi səhər saatlarında Colan təpələri yaxınlığında yerləşən Suriya qüvvələrinə iki raket zərbəsi endirib.
Məlumatı “Times of Israel” nəşri yayıb.
Məlumatı Suriya İnsan Haqlarını Müşahidə Qrupu da təsdiqləyib. Qurumun məlumatına görə, raketlər Suriyanın cənubundakı əl-Baas qəsəbəsinin kənarındakı rejim qüvvələrini və onların müttəfiqlərini hədəf alıb.
İsrailli ekspetlər raket zərbələrinin Suriyadakı hökumət qüvvələri ilə birlikdə Livanın İrana bağlı Hizbullah qruplaşmasına aid silah tədarük məntəqələrini hədəf aldığını vurğulayıblar.
Ovqat.com yazır ki, hücumun İsrail Baş naziri Naftali Bennettin Rusiya Prezidenti Putin ilə Soçi görüşündən bir neçə gün sonraya təsadüf etməsi diqqətçəkicidir. Qeyd edək ki, həmin görüşdə İsrailin Suriyadakı İran qüvvələrinə hücumlarına Putinin razılıq verdiyi barədə xəbərlər yayılmışdı.