
Rusiyada son sutka ərzində daha 37 930 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 8 279 573 nəfərə çatıb.
Ötən gün Rusiyada koronavirusdan həm də 1069 nəfər ölüb və pandemiya qurbanlarının sayı 231 669 nəfər olub.
İndiyədək 7 186 611 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdədir.