
“Microsoft” şirkətinin və kiber təhlükəsizlik sahəsindəki ekspertlərin fikrincə, Rusiya ABŞ-ın hökumət, korporativ və analitik kompüter şəbəkələrinə yeni hücum kampaniyası başladıb.
Xəbəri “The New York Times” nəşri yayıb.
ABŞ hökumətinin məlumatına görə, əməliyyatlar Rusiyanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir.
“Microsoft” şirkətindən bildirilib ki, sözügedən hücumların müvəffəqiyyət faizi bir o qədər də yüksək olmayıb.
Ümumilikdə 600-dən çox şirkətin sistemlərinə giriş üçün 23 mindən çox cəhd edilib.