
Senzor.az yerli KİV-ə istinadən xatırladır ki, oktyabrın 23-də 1 075 nəfər virusun qurbanı olmuşdu. Beləliklə, bugünədək ölənlərin sayı 232 775 nəfərə çatıb.
Eyni zamanda ölkədə son 24 saatda 36 446 nəfər koronavirusa yoluxub. Yeri gəlmişkən, dünən 37 930 yoluxma qeydə alınmışdı. Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 8,31 milyon nəfəri ötüb.
Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.
Onu da xatırladaq ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdədir.