Donbasda vəziyyət gərginləşdi: UKRAYNA TÜRKİYƏ "BAYRAKTAR"INDAN İSTİFADƏ ETDİ
İLK DƏFƏ
Dünən Donbassda rus separatçıları ilə Ukrayna ordusu arasında şiddətli döyüşlər baş verib. Gecə yarısından axşama qədər davam edən döyüşlər zamanı Ukrayna ordusu Staromaryevka kəndini ələ keçirsə də, sonradan yaşayış məntəqəsini tərk etdiyi bildirilir.

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna bu döyüşlərdə ilk dəfə olaraq Türkiyədən aldığı "Bayraktar" pilotsuz təyyarələrindən istifadə edib.

Qeyd edilir ki, hərbçilər zərbə dronundan artileriya silahlarını sıradan çıxarmaq üçün yararlanıblar.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Donbasda “Bayraqtar” PUA-sından zərbə endirildiyi xəbərini təsdiqləyib.
 
Baş Qərargah PUA-nın düşmənin topunu məhv etdiyini açıqlayıb və videosunu yayıb.
 
“Bu gün, 26 oktyabr 2021-ci ildə baş komandan general-leytenant Valeri Zalujnının əmri ilə ilk dəfə “Bayraqtar” PUA-sından döyüş məqsədilə istifadə edilib”, - məlumatda vurğulanıb.
 
Qeyd edilir ki, D-30 habitsasından Qranitnoe qəsəbəsi yaxınlığında hərbçilərə atış açılıb, nəticədə bir həbrçi ölüb, biri isə yaralanıb.
 
Ukrayna ordusu atəşin kəsilməsi üçün çağırış etsə də, qarşı tərəf susmayıb. Bundan sonra “Bayraqtar” havaya qaldırılıb və haubitsa məhv edilib.
 
Yeri gəlmişkən, bundan öncə bu barədə ukraynalı könüllüyə istinadla Ukraynanın senzor.net saytının baş redaktoru Yuri Butusov da məlumat və video yaymışdı.



Hərbi ekspertlərin fikrincə, dünən Donbassda baş verən bu toqquşma müharibəqabağı nəbz yoxlanışı da ola bilər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.