
Bu barədə “Al Hadath” telekanalı xəbər yayıb.
Telekanalın məlumatına görə, siyasətçini yolda hərbçilər müşayiət edib.
“Report” xatırladır ki, oktyabrın 25-də Sudanda Hamdukun silahlı qüvvələrin baş komandanı Əbdülfəttah əl Burhanla görüşündən sonra bir ay ərzində ikinci hərbi çevrilişə cəhd baş verib. Hərbçilər baş nazirin evinə gələrək onu çevrilişə dəstək verməyə məcbur etməyə çalışıblar. Hamduk isə həmvətənlərini dinc nümayişlərə çıxmağa çağırıb, bundan sonra əsgərlər siyasətçini naməlum istiqamətə aparıblar.
Əbdülfəttah əl Burxan isə Sudanda hökumətin buraxıldığını elan edib.
Sudan həkimlərinin hərbi komitəsinin məlumatına görə, küçələrə çıxan etirazçılara atəş açılıb, nəticədə 12 nəfər yaralanıb.