“Taliban” “Şərqi Türküstan İslam Hərəkatı” ilə mübarizə aparacaq ÇİNƏ VƏD VERİB
  
“Taliban” hərəkatının təmsilçiləri Çinə “Şərqi Türküstan İslam Hərəkatı” və Əfqanıstanda fəaliyyət göstərən digər terror təşkilatları ilə mübarizə aparacaqlarını vəd ediblər

 
TASS bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunın çərşənbə axşamı keçirdiyi ənənəvi brifinqdə deyib.
 
“BMT Təhlükəsizlik Şurası “Şərqi Türküstan İslam Hərəkatı”nı beynəlxalq terror təşkilatı kimi tanıyıb. Çin bu təşkilatı özünə birbaşa təhlükə hesab edir və onunla mübarizə beynəlxalq öhdəlik sayılır”, - o qeyd edib.
 
“Çin “Şərqi Türküstan İslam Hərəkatı” ilə birgə mübarizə aparmaq təklifi ilə Əfqanıstan hökümətinə əvvəllər də müraciət edib və “Taliban”ın məsul nümayəndələri Çini əmin ediblər ki, heç bir xarici qüvvəyə Əfqanıstan ərazisində ÇXR-ə qarşı fəaliyyət göstərməyə imkan verməyəcəklər. Ümid edirik ki, “Taliban” “Şərqi Türküstan İslam Hərəkatı” da daxil, bütün terrorçu qüvvələrlə məsafə saxlayır, onlara qarşı mübarizə aparmaqla regionumuzun sabitliyinə töhfə verəcək”, - diplomat vurğulayıb.
 
Azvision.az xatırladır ki, “Şərqi Türküstan İslam Hərəkatı” ÇXR-in Sintzyan-Uyğur Muxtar Rayonu ərazisində müstəqil dövlət qurmaq uğrunda çıxış edir. ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo 2020-ci ilin noyabrında bu təşkilatın adını ölkəsinin terror təşkilatları kimi tanıdığı siyahıdan çıxarıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.