İŞİD İraq ordusunun hərbi bazasına və kəndə hücum etdi – ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

İŞİD silahlıları Bağdadın şimalında yerləşən hərbi bazaya hücum ediblər, nəticədə iki hərbçi həlak olub.
 
Press TV telekanalı xəbər verir ki, hücuma İraq ordusunun Ər-Raşidiyyə rayonundakı 11-ci diviziyası məruz qalıb. Hücumun dəf edilməsinə hərbi təyyarələr cəlb olunub.
 
Bu ərəfədə qruplaşma Əl-Mikdadiyyə şəhəri yaxınlığında yerləşən Əl-Havaşa kəndinə də hücum edərək 14 dinc sakini qətlə yetirib, 15 nəfəri yaralayıb, üç nəfəri isə girov götürüb.
 
Qeyd edək ki, İŞİD silahlıları 2014-cü ilin yay aylarında İraq ərazisinin təxminən üçdə birini ələ keçirməyə nail olmuşdu. İyun ayında ölkənin ikinci böyük şəhəri Mosula daxil olan qruplaşma onu “qurduqları xilafətin” paytaxtı elan etmişdi. 2015-ci ildə İraqın hökumət qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlamış, 2017-ci ilin dekabrında isə sabiq Baş naziri Heydər əl-Abadi qruplaşmanın tam məğlubiyyətə uğradığını bildirmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.