Əfqanıstanın devrilmiş Prezidenti Əşrəf Qaninin yeri məlum olub. Onun ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilib.
Senzor.az bildirir ki, məlumatı BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi yayıb.
Qeyd edək ki, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirəndən sonra Əşrəf Qani ölkəni tərk etmişdi.
Bu arada Əfqanıstanın Tacikistandakı səfirliyi “İnterpol”dan keçmiş dövlət başçısı Əşrəf Qaninin dövlət vəsaitlərini mənimsədiyi üçün saxlanılmasını tələb edib.
Səfirlik eyni ittihamla həmçinin, keçmiş milli təhlükəsizlik müşaviri Həmdulla Mohibin və Prezident Administrasiyasının rəhbəri Fəzl Mahmud Fəzlin saxlanılmasını istəyib.