
“RİA Novosti”nin məlumatına görə, məhkəmə iddiası birbaşa ABŞ Prezidenti Co Bayden, NASA-nın direktoru Bill Nelson və digər vəzifəli şəxslərə qarşı qaldırılıb.
Ştat rəhbərliyi Prezident Administrasiyasını bəzi kateqoriyalardan olan vətəndaşlar üçün məcburi vaksinasiya tələbinə görə ittiham edir.
“İnsanlar özləri seçim etməlidir. Siz nə qədər məcbur etsəniz, bir o qədər də inamsızlıq yaradırsınız”, - deyə Florida qubernatoru Ron Desantis brifinq zamanı bəyan edib.
O bildirib ki, ölkə rəhbərliyinin federal hökumət əməkdaşları və podratçılarından vaksinasiya tələbi qanunsuzdur.