
Senzor.az bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, dövlət başçısının təyyarəsi Bakı vaxtı ilə saat 04:24-də eniş edib, saat 04:36-da isə ABŞ Prezidenti və onun xanımı Cill Bayden təyyarədən çıxıblar.
Daha sonra onlar kortecin müşayiəti ilə hava limanını tərk ediblər.
Qeyd edilir ki, C.Baydenin Avropaya səfərinin ilk dayanacağı Vatikan olacaq. Burada Roma Papası Fransisk ABŞ liderini qəbul edəcək.
