Bu gün Roma Papası Frensisk ABŞ Prezidenti Co Baydeni və həyat yoldaşı Cill Baydeni qəbul edib.
Senzor.az xarici KİV-ə istinadən xəbər verir ki, Həvarilər Sarayında Papanın şəxsi kitabxanasında keçirilən görüş saat yarımadək davam edib. Görüş mediaya qapalı keçirildiyindən təfərrüatı məlum deyil.
Bu, Co Baydenin prezident seçiləndən sonra Vatikana ilk səfəri, eyni zamanda Papa Frensisklə dördüncü görüşüdür. Bundan əlavə, Co Bayden Roma Papası ilə görüşən ABŞ-ın sayca ikinci katolik prezidentidir.
Co Baydenin Vatikana səfəri digər maraqlı an ilə də yadda qalıb. Belə ki, Bayden Papanın İqamətgahının əməkdaşlarından birinə özünü ABŞ Prezidenti kimi yox, “Jillin əri” kimi təqdim edib.