
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Bağdadın Əl-Mansur rayonunda “Yaşıl vadi” adlanan ərazidə yerləşən ABŞ səfirliyinə 3 raket zərbəsi endirilib.
Raketlər səfirliyə yaxın əraziyə düşüb. İnsan tələfatı olmasa da, rayonda yerləşən inzibatı binalara böyük maddi zərər dəyib.
Hadisə yerinə gələn İraq xüsusi xidmət orqanlarının əməkdaşları geniş əməliyyat tədbirlərinə başlayıblar.
Qeyd edək ki, İraqdakı ABŞ səfirliyi dəfələrlə raket atəşinə məruz qalıb.