Kiyevdə sərtləşdirilmiş karantin rejimi başladı –
BU GÜNDƏN
Noyabrın 1-dən Ukraynanın paytaxtı Kiyevdə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kiyevdə koronavirusdan sutkalıq ölüm halları 30-50 nəfər arasında dəyişir. Ona görə də Kiyev noyabrın 1-dən COVID-19-un yayılmasının qarşısının alınması üçün “qırmızı zona” elan edilib.
 
Gücləndirilmiş karantin rejiminə əsasən COVID-19-a qarşı vaksin sənədi olmayanlar ticarət-əyləncə mərkəzlərinə, restoranlara, idman, fitnes zallarına və digər kütləvi qapalı obyektlərə buraxılmayacaq. Qeyd edilən obyektlərə yalnız PZR və antigen testi olanlar buraxılacaq. Həmçinin vaksin sənədi olmadan kütləvi tədbirlər keçirmək mümkün olmayacaq. 
 
Bundan başqa şəhərdaxili sərnişin avtobuslarından, metrodan vaksin, PZR və antigen testlərinin sənədlərindən biri olduğu halda istifadə etmək mümkün olacaq. Reydlər hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək. Qanunu pozanların cəriməsi 17 000 qrivna (1 dollar 26,30 qrivnadır-red.)  məbləğindədir.
 
Uşaqlar qapalı məkanlara valideynlərinin vaksin, PZR və antigen testlərinin sənədləri olduğu halda buraxılacaq. Orta məktəblərdə təhsil onlayn rejimdə davam etdiriləcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.