“Taliban” hərəkatı TAPI qaz kəmərinin inşasına və mühafizəsinə şərait yaradacaq.
“The Express Tribune” qəzeti xəbər verir ki, bunu Əfqanıstanın müvəqqəti hökumətinin müdafiə naziri Molla Məhəmməd Yaqub deyib.
“Mən milli TAPI layihəsinin təhlükəsizliyinə birbaşa cavabdehəm. Onun həyata keçirilməsi üçün istənilən fədakarlığa hazırıq”, - deyə Molla Məhəmməd Yaqub bildirib.
AzərTAc xatırladır ki, Əfqanıstan, Pakistan, Hindistan və Türkmənistanın iştirakı ilə həyata keçirilən TAPI qaz kəmərinin inşası 2015-ci ildə başlayıb. Layihənin dəyəri 10 milyard dollardır. Boru kəməri zəngin enerji ehtiyatlarına malik Mərkəzi Asiyanı Cənubi Asiyanın enerji çatışmazlığından əziyyət çəkən ölkələri ilə birləşdirəcək. Hər il Türkmənistandakı “Qalkınış” qaz yatağından çıxarılan 33 milyard kubmetr qaz Əfqanıstan və Pakistandan keçməklə Hindistana çatdırılacaq. Əfqanıstanın bu layihədən ildə 500 milyon dollar qazanc götürəcəyi gözlənilir.
TAPI ilə yanaşı, TAP-500 adlanan digər layihə Əfqanıstandan keçməklə Türkmənistandan Pakistana elektrik enerjisinin nəqlini nəzərdə tutur. Bu iki layihənin icrası ötən həftənin sonunda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun Kabilə səfəri zamanı müzakirə edilib.