Gürcüstanda benzin yenidən bahalaşdı –
NÖVBƏ QAZ VƏ İŞIĞINDIR?
Gürcüstanda son günlər bütün yanacaq növlərinin qiymətlərində artım qeydə alınıb.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, hazırda Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 2,94 laridən 3,17 lariyədək dəyişir.
 
On gün bundan əvvəl “Regular 92” markalı benzinin orta qiyməti 2,82 lari olub. Bu gün isə bu növ benzin 2,94 lariyə satılır. “Super” markalı benzin isə əvvəllər 3,10 lariyə təklif edildiyi halda indi avtomobil sahiblərinə 3,17 lariyə satılır.
 
Ölkədə maye qazın (LPG) qiyməti də artıb. Əvvəlcə 1,9 lariyə satılan LPG indi 2 lariyə bərabərdir.
 
Bəzi məlumatlara görə, ölkədə yanacağın qiymətinin artımı milli valyuta – GEL-in dollara nisbətdə ucuzlaşması və beynəlxalq bazarlarda benzinin qiymətinin bahalaşması ilə əlaqələndirilir.
 
Ekspertlərin fikrincə, ölkədə gündəlik tələbat mallarının, təbii qazın və elektrik enerjisinin qiymətinin də bahalaşacağı gözlənilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.