
Rusiya Türkiyənin cəmi 4 kilometrliyində yerləşən Qamışlı aviabazasına 4 ədəd MiQ-29 və 5 ədəd Su-35 qırıcısı, habelə 12 ədəd Su-34 qırıcı-bombardmançı təyyarəsi göndərib. Buna qədər həmin bazada 4 ədəd Su-35 qırıcısı yerləşdirilmişdi.
Qamışlı bazasında 2 ədəd Ka-52 zərbəçi helikopterin qeydə alındığı da bildirilir. Təyyarələrin İran və İraqın hava məkanları üzərindən göndərildiyi deyilir.

Buna qədər Rusiya aviasiyası Suriyanın şimalında, o cümlədən də Türkiyə sərhədinin yaxınlığında dəfələrlə Suriya milli ordusunun mövqelərinə hava zərbələri endirib. Ötən şənbə günü ən azı 25 belə aviazərbə qeydə alınıb.
Türk mənbələri Suriyanın şimalındakı 35 minlik türk hərbçisinin və Suriya milli ordusunun istənilən vaxt genişmiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyini deyirlər. Bu əməliyyatlara hazırlıq çərşivəsində türk hərbi kolonlarının Suriyanın şimalına daxil olduqları bildirilir.
