Ermənistan prezidenti Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı fərman imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, A. Mirzoyanın namizədliyi baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Ara Ayvazyan istefa verdikdən sonra Ermənistanda bu vəzifə boş qalmışdı.
Onu da qeyd edək ki, 1979-cu ildə İrəvanda doğulan A.Mirzoyan Ermənistan parlamentinin sabiq sədridir (2019-2021).
Yeri gəlmişkən, 10 noyabr bəyanatının imzalanmasından sonra o vaxt spiker olan Ararat Mirzoyan İrəvanda etirazçılar tərəfindən döyülmüşdü. Onun avtomobilini saxlayanlar salonda uşaqların olduğuna belə məhəl qoymamış, spikeri maşından düşürərək elə onların gözləri qarşısında döymüşdülər.