
Senzor.az bildirir ki, məlumatı pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytı yayıb.
Bununla da yoluxanların ümumi sayı 248 milyon 797 min 893, ölənlərin sayı isə 5 milyon 36 min 664 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (75 min 639 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1436 nəfər) ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (47,1 milyon), Hindistan (34,3 milyon), Braziliya (21,8 milyon), Böyük Britaniya (9,1 milyon), Rusiya (8,6 milyon), Türkiyə (8,1 milyon) və Fransada (7,1 milyon) qeydə alınıb.